
Avropa Liqasında qrup
mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda
"Dnepr" klubunu qəbul edən "Qarabağ” məğlubiyyətlə üzləşdi. Sportnet.az-ın məlumatına görə, oyundan sonra
"Qarabağ”ın futbolçusu Namiq
Yusifov oyun haqda fikirlərini bildirib.
Yusifov hesabın ədalətli olmadığını bildirib: "Oyunu pis oynamadıq. Ancaq buna heç nə vermirlər. Xal almaq lazım idi, ama məğlub olduq. Çünki onların futbolçuları öz ustalıqlarını göstərdilər. Hücumlarının qarşısını kəsməkdə çətinlik çəkmədik. Rəqibin üç qol epizodu oldu ki, onun ikisi qol oldu. Məncə ədalətli nəticə bərabərlik idi. Əvəzlənməyim məğlub odurumda olduğumuz üçün idi. Ona görə də hücumameyilli Cavid Tağıyev meydana girdi. ”
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" oyunu 1:2 hesabı ilə Ukraynalıların xeyrinə başa çatıb.