"Neftçi" klubu yaxın vaxtlarda "Qəbələ"nin 2 futbolçusu ilə müqavilə bağlayacaq.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bunlar mərkəz müdafiəçisi Voislav Stankoviçlə cinah yarımmüdafiəçisi Stiven Monrozdur. Anlaşma sənədləşmə işləri yekunlaşdıqdan sonra rəsmiləşəcək.
Qapıçı Səlahət Ağayevlə yeni müqavilənin imzalanması istiqamətində isə danışıqlar müsbət nəticələnmək üzrədir. Onun müqaviləsinin tezliklə uzadılacağı bildirilir.
Hücumçu Mirabdulla Abbasova gəldikdə, onun "Neftçi" ilə hələ bir illik müqaviləsi var. Abbasovla "Səbail" ciddi maraqlanır. Meneceri Tural Əsgərov bu barədə "ağ-qaralar"a rəsmi müraciət edib. Hələlik bu məsələyə dair yekun qərar verilməyib.
Qeyd edək ki, "Neftçi" yay fasiləsində Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə yollarını ayırıb.