"İlk dəqiqələr əla oynadıq. Qol buraxmağımıza baxmayaq, yaxşı şanslar qazandıq. Matçı 5 qolla tamamladıq. Hər şeydən razıyam".
Sportnet.az xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan zəif komanda deyil: "Biz yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. İordaniya ilə yoxlama matçında da əsas oyunçular istirahət etmişdi. Onlar bundan yaxşı istifadə etdilər".
Baş məşqçi kapitan Marek Hamşikin çıxışını yüksək qiymətləndirib: "Ona görə çox sevinir, yaxşı oyununa görə təbrik edirəm. Biz eyni gündə anadan olmuşuq".
Hapal Avropa çempionatına vəsiqə qazanacaqları təqdirdə, yenidən Bakıya gəlmək istədiyini bildirib: "Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da önəmlidir. Bakı gözəl şəhərdir. Gözəl stadionunuzda yenidən oynamaq istərdik".