
"Bu, bizim üçün vacib qələbə idi. Qrupda vəziyyətimizi yaxşılaşdırmaq üçün önəmli matç idi. Bu gün 5 qol vurduq və yaxşı oyun göstərdik".
Sportnet.az xəbər verir ki, bunu Slovakiya millisinin kapitanı Marek Hamşik AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı Bakıda 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
31 yaşı yarımmüdafiəçi belə hesabla qalib gələcəklərini gözləmədiyini bildirib: "Ən vacib məsələ çoxlu qol vurmaq yox, 3 xal qazanmaq idi. 1:0 hesabı ilə udsaq da, 3 xal qazanacaqdıq. Amma bu gün yaxşı qollar vuraraq, həm 3 xal qazandıq, həm də meydanda yaxşı oyun göstərdik. Buna görə də məmnunuq".
Qeyd edək ki, Marek Hamşik komandasının qollarından 2-nin müəllifi olub.