
"Neftçi" komandası sabiq futbolçusu Dario Frederikonu yenidən heyətinə qatıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı oyunçu ilə iki illik müqavilə bağlanılıb. O, flaqmanın heyətində 10 nömrəli formanı geyinəcək.
2018/2019 mövsümünün ilk yarısında "Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran hücumçu son olaraq Cənubi Koreyanın "Tequ" komandasının şərəfini qoruyub.