Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Vətənə qayıdan “Qəbələ” UEFA Avropa Liqasının hazırlığını Bakıda davam etdirir.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar” iki gündür paytaxtda hazırlıq keçir. Avrokubok mübarizəsinə II təsnifat mərhələsində başlayacaq komanda məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirib. İyulun 25-də Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə ilk oyuna çıxacaq Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv ötən günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” ilə ev oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. İyulun 25-də baş tutacaq görüş saat 19:00-da başlayacaq.