
Gürcüstanda "Dinamo" ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ" itki ilə üzləşib.
Sportnet.az-ın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 37-ci dəqiqədə Rasim Ramaldanov həmklubu İvitsa Zunitlə kəllə-kəlləyə toqquşub. Nəticədə Zuniç meydanı xərəkdə tərk etməli olub. Daha sonra o, təcili yardım maşınına mindirilərək aparılıb.
Xorvatiyalı legioneri Sadiq Quliyev əvəzləyib. Həkimlərin ilkin rəyinə əsasən, Zuniçin almacıq sümüyü qırılıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.