
"Atletiko"dan ayrılan İspaniya milli komandasının hücumçusu David Vilya rəsmən ABŞ-ın "Nyu-York Siti" klubunun futbolçusu olub. Sportnet.az-ın Amerika təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən məlumatına görə, 32 yaşlı forvardla 3 illik müqavilə bağlanılıb.
Bununla da Vilya MLS Liqasının debütantı olacaq klubun ilk oyunçusuna çevrilib. "Nyu-York Siti" bu liqada 2015-ci oldən mübarizəyə başlayacaq. Bu komanda İngiltərənin "Mançester Siti" klubunun sahiblərinin vəsaiti hesabına yaradılıb.
Qeyd edək ki, David Vilya 2013-2014-cü il mövsümündə "Atletiko"nun heyətində 36 oyuna 13 qol vurub və İspaniya çempionluğunu qazanıb. Onun sabiq komandası, həmçinin Çempionlar Liqasının finalınadək irəliləyib.