"Neftçi" komandası İsraildə "Bney Yehuda" ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə son məşqinə çıxıb.
Sportnet.az-ın Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Moşava" stadionunda baş tutmuş hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub. Məşqi klub rəhbərliyi də izləyib.
Qeyd edək ki, avqustun 15-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.