
AFFA İntizam Komitəsi "Keşlə" klubunun futbolçusu Sezar Meza Kollini cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, səbəb paraqvaylı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının II turunda “Sabah” komandası ilə səfər matçının 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Meza Kolli "Qəbələ" ilə növbəti tur qarşılaşmasını buraxmalı olacaq. Onun klubu isə 200 manat cərimələnib.
Qeyd edək ki, görüş "Keşlə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.