
"Keşlə" komandası bu gün yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Küveyt təmsilçisi "Al-Fahahil" olub. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. "Keşlə"nin qollarını 38-ci dəqiqədə Aleksandr Kristovao, 90+1-ci dəqiqədə isə Patrik Fraydey vurub.