
"Bavariya"nın sabiq qapıçısı Oliver Kan klubun İdarə Heyətinin üzvü olub.
Sportnet.az-ın məlumatına görə, o, 2022-ci ildə baş direktor vəzifəsində Karl-Haynts Rummenigeni əvəzləyəcək. 50 yaşlı sabiq qolkiperin klubla müqaviləsi 5 illik nəzərdə tutulub və 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Qeyd edək ki, Oliver Kan 1994 - 2008-ci illərdə "Bavariya"nın formasını geyinib. O, 1995 - 2006-cı illərdə Almaniya millisinin şərəfini qoruyub.