İtaliya "İnter"inin futbolçusu Mauro İkardi öz klubunu məhkəməyə verib.
Sportnet.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu "neradzurri"dən komandada hüququnun bərpa olunmasını və məşqlərdən kənarlaşdırılmasına görə dəyən ziyan üçün 1,5 milyon avro qismində təzminat ödəməsini tələb edir.
Daha əvvəl "İnter"in yeni baş məşqçisi Antonio Konte cari mövsümdə futbolçunun xidmətində maraqlı olmadığını bildirib. Argentinalı futbolçu ilə "Yuventus", "Napoli", "Roma" və "Monako" klubları maraqlanır.
Qeyd edək ki, Mauro İkardi "İnter"də 2013-cü ildən çıxış edir.