"Birinci hissədə gözləmədiyimiz qol buraxdıq. Amma fasilədən sonra xarakter göstərdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın III turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis deyib ki, komandada irəliləyiş var: "Yavaş-yavaş irəli gedirik. Azarkeşlər sağ olsunlar, onların dəstəyi ilə bərabərlik qolunu vurduq. Bu gün bir xalı qazandıqmı, yoxsa aktivimizə yazdıq? Bu gün limit söhbətləri baş məşqçilərin əl-qolunu bağlayıb. Oyun ərəfəsində Xulio Sezar Rodriges zədələndi. Dedi ki, çıxandan 10 dəqiqə sonra zədələnsəm, uşaqların üzünə baxa bilmərəm. Amma fasilədən sonra meydana buraxdıq və sistemi dəyişdik. Mfo Kqasvame yaxşı oyunçudur, çox bəyənirəm. Deyəcəksiz ki, bəyənirsinizsə, niyə oynatmırsan. Amma ikinci hissədə meydan buraxdım".
Abasov matç zamanı hakimlərə etirazı üzündən sarə vərəqə almasına da toxunub: "Etirazım oyunun vaxtının uzanması idi. Hakimlərə deyirdim ki, hər bir futbolçunu tanımalısınız, kimin hansı hərəkəti niyə etdiyini bilməlisiniz".