"Qrupumuzda yer alanlar hər şeyi çətinləşdirmək niyyətində olan kollektivlərdir".
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, bu fikirləri İspaniya "Sevilya"sının baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının I turunda "Qarabağ"la qarşılaşacaqları matçdan öncə söyləyib.
Bakıya yollanmazdan öncə açıqlama verən 53 yaşlı mütəxəssis Ağdam təmsilçisinin vaxtı ilə Çempionlar Liqasında iştirak etdiyini xatırladıb: "Qarabağ" Çempionlar Liqasında (ÇL) "Atletiko"nu büdrədib. APOEL (Kipr) isə bu il ÇL-in ötən ilki yarımfinalçısı ilə oynayıb. Meydanda istədiklərimizi edərək qələbə qazanmalıyıq".
İspaniyalı məşqçi hələlik əsas məqsədlərinin qrupdan çıxmaq olduğunu vurğulayıb.
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.