2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının final matçı Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Sportnet.az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, həlledici qarşılaşma "Qazprom Arena"da təşkil olunacaq. Bu, yerli "Zenit"in ev arenasıdır və 68 min tamaşaçı tutumuna malikdir. "Qazprom Arena" Almaniyanın Münhen şəhərində "Bavariya"nın ev oyunlarını keçirdiyi "Alyans Arena"nı üstələyib.
Qeyd edək ki, Rusiya 2008-ci ildə də Çempionlar Liqasının final oyununu qəbul edib. Həmin vaxt Moskvadakı "Lujniki" stadionunda İngiltərə "Mançester Yunayted"i penaltilər seriyasında "Çelsi"ni yenib.