Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda “Twitter” vasitəsi ilə özünə klub axtarır.
Sportnet.az xəbər verir ki, Avstraliya təmsilçisi “Melburn Viktoriya”dan ayrıldıqdan sonra işsiz qalan 33 yaşlı hücumçu iki kluba çağırış edib. O, İngiltərənin “Mançester Yunayted” komandasının adını işarələyərək, bunları yazıb: “Mənə bir təklif verin. Pula ehtiyacım yoxdur. Amma mükəmməl bir komanda və futbolçulara ehtiyacım var”.
Honda sabiq klubu İtaliya “Milan”ına isə belə müraciət edib: “Sizə hər zaman yardım etmək istəmişəm. Ehtiyacınız olanda, mənimlə əlaqə saxlayın”.
Qeyd edək ki, Honda Rusiyanın MOİK komandasında da çıxış edib.