"Qəbələ"nin sabiq futbolçusu Vitali Vernidub Ukraynanın Zaporojye şəhərində uşaq futbol məktəbi açıb.
Sportnet.az-ın məlumatına görə, məktəb 3 - 8 yaşlı uşaqlarla işləyəcək. Hazırda "Zarya"da çıxış edən 31 yaşlı müdafiəçi bu mövsüm 5 oyuna çıxıb. Luqansk komandası Ukrayna Premyer Liqasında 9 turdan sonra 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vitali Vernidub "Qəbələ"də 2015 - 2018-ci illərdə forma geyinib. Onun atası Yuri Vernidub isə "Sabah"ın baş məşqçi postuna namizədlərdəndir.