
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 növbəti oyununu oktyabrın 5-də Almaniya yığmasına qarşı keçirəcək.