"Qarabağ"ın futbolçusu Mahir Emreli Lüksemburqda "Düdelanj"la oyun zamanı baş vermiş erməni təxribatı ilə əlaqədar mövqeyini bildirib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu şəxsi "Instagtam"ında paylaşım edib. O, matçdan fotosuna "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır. "Qarabağ" - Azərbaycandır" yazıb. Onu Ağdam komandasının sabiq futbolçusu Yakub Jezniçak alqışlayıb.
Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a 4:1 hesabı ilə qalib gəlib.