
Premyer Liqanın VI turunda “Qəbələ”nin evdə “Neftçi”yə 0:3 hesabı ilə uduzduğu oyunda zədələnən Rasim Ramaldanov sabah Ukrayna paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.
Sportnet.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisinin çarpaz bağları qopub.
Onun hansı müddətə sıradan çıxdığı açıqlanmasa da, onun ili başa vurduğu təxmin edilir.