
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv II qrupun lideri İsveçrə yığmasını qəbul edib. Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan ilk rəsmi beynəlxalq matçda qonaqlar qalib gəlib - 1:0.
Yeganə qolu 33-cü dəqiqədə Nedim Bayrami vurub. Bu qələbədə sonra xalını 9-a çatdıran qonaqlar ilk pillədəki yerini qoruyub. Azərbaycan millisi isə 3 xalla son sıradadır.
Qeyd edək ki, Azərbaycan millisi bunadək keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Daha sonra U-21 səfərdə Fransaya 0:5 hesabı ilə məğlub olub.
----
Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da ilk rəsmi beynəlxalq oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, saat 20:00-da Azərbaycan və İsveçrənin 21 yaşadək futbolçulardan ibarət milli komandaları üz-üzə gələcək. Stadionun 2000-dək tamaşaçı tutumuna malik tribunasının dolacağı gözlənilir. Bu, bir müddətdir aparılan təbliğat işləri və Sumqayıtda futbola azarkeş marağının yüksək səviyyədə olması ilə əlaqədardır.
Əvvəlki ev oyunlarını Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirmiş U-21 azarkeş dəstəyini demək olar ki, görməyib. Nəticələrin zəifliyinin bir səbəbi də məhz bu diqqətsizlikdir. İndi isə dolu tribunalar önündə çıxış etməyin məsuliyyəti millini müsbət nəticəyə can atmağa vadar edəcək. Artıq stadion oyuna tam hazırdır. Buna Sportnet.az-ın əməkdaşı ötən gün “Kapital Bank Arena”da olaraq şahidlik edib. AFFA nümayəndələrinin iştirakı ilə son tamamlama işləri görülüb, reklam bannerləri düzülüb, miks-zona və mətbuat konfransı otaqlarına əl gəzdirilib. Ötən gün stadionda həm də İsveçrə millisinin məşqi olub.
Avropa çempionatı
Seçmə mərhələ, 2-ci qrup
20:00. Azərbaycan - İsveçrə - 0:1
Qol: Nedim Bayrami, 33
Hakimlər: Novak Simoviç, Svetozar Jivin, Nikola Coroviç, Miloş Milanoviç (hamısı Serbiya)
Sumqayıt, "Kapital Bank Arena"
Qeyd edək ki, hazırda İsveçrə 2 oyundan 6 xalla qrup lideri, Azərbaycan isə 4 oyundan 3 xalla sonuncudur.