Almaniya "Aue"sində çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov II Bundesliqada növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Nürnberq"lə ev oyununun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Penalti epizodu zamanı rəqib futbolçu qırmızı vərəqə alıb. Nazarov dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Görüş isə "Aue"nin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Nürnberq" hesabı bərabərləşdirmək üçün 90+8-ci dəqiqədə əlverişli imkan yaratsa da, penaltidən faydalana bilməyib.
Qeyd edək ki, Dmitri Nazarov matçı sonadək əvəz olunmadan keçirib.