Premyer Liqanın VIII turu çərçivəsində hazırda davam edən "Keşlə" - "Sabah" oyununda insident baş verib.
Sportnet.az xəbər verir ki, komandalar fasiləyə yollanan zaman meydan sahiblərinin rəsmiləri ilə əyləşən şəxslərdən biri "Keşlə"nin futbolçusu Rəşad Sadiqova xitabən "qəşəng oyna da ə" deyib.
Sadiqov cavabında belə söyləyib: "Qəşəng oynayıram da, mənim oyunum budur. Danışmaq yox, dəstək olmaq lazımdır".
Qeyd edək ki, Sadiqov 33-cü dəqiqədə zədələnən Ruslan Qurbanovun yerinə meydana girib. Meydan sahibləri hazırda hesabda öndədirlər - 1:0.