"Neftçi” komandası məşqləri bərpa edib.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın 8-ci turunda "Zirə” üzərində qələbədən (3:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, oktyabrın 27-si "Kapital Bank Arena”da keçiriləcək "Sumqayıt” – "Neftçi” oyunu saat 17:30-da başlanacaq.