
Azərbaycan I Divizionunda IX turun “Turan Tovuz” – “Ağsu” matçının yeri dəyişdirilib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu addım Tovuz şəhər stadionunda təmir işləri ilə əlaqədar atılıb. Qarşılaşma Ağsu şəhər stadionunda keçiriləcək. İkinci dövrədə bu komandalar arasında baş tutacaq görüş “Turan Tovuz” – “Ağsu” oyunu kimi qeyd olunacaq.