
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov tanınmış şoumen və azarkeş Bəhram Bağırzadənin ittihamlarını cavabsız qoyub. Təcrübəli müdafiəçi Sportnet.az-a açıqlamasında Bağırzadəyə cavab vermək istəmədiyini bildirib.
O deyib: "Nə vaxt Bəhram bəyi görsəm, özündən soruşaram. Amma onun ittihamlarını mətbuat vasitəsilə cavablandırmaq istəmirəm. Futbolla bağlı sualınız varsa, buyurun”.
Qeyd edək ki, Bəhram Bağırzadə Sportnet.az-a açıqlamasında Azərbaycan yığmasının futbolçularının layiq olmadıqlarından qat-qat artıq əmək haqqı aldıqlarını bildirib.