Azərbaycan I Divizionunda IX turun "Sumqayıt-2" "Sabah-2" matçında qeyri-adi qol vurulub.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"nın ehtiyat meydanında keçirilmiş qarşılaşmada meydan sahiblərinin futbolçusu Rüfət Abdullazadə topu künc zərbəsindən birbaşa tora göndərib. Onun 64-cü dəqiqədə yerinə yetirdiyi zərbədən sonra top qapının uzaq küncünə daxil olub.
Qeyd edək ki, matç "Sumqayıt-2"nin qələbəsi ilə yekunlaşıb - 2:1.