Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, “Kəpəz”in futbolçusu Ümid Səmədovun əvəzinə “Qəbələ”dən Ülvü Mədətov dəvət olunub.
Noyabrın 9-dək Bakıda təlim-məşq toplanışı keçirəcək yığma ertəsi gün Yunanıstanın Patra şəhərinə yollanacaq. Avropa çempionatının seçmə mərhələsində 9-cu qrupda yer alan komanda noyabrın 13-də meydan sahibləri, noyabrın 16-da Almaniya, noyabrın 19-da isə Qazaxıstanla qarşılaşacaq.