Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya "Albasete"sinin heyətində ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi II Liqanın XVI turunda "Saraqosa" ilə səfər oyununda fərqlənib. Start heyətində yer alan İsrafilov 90+4-cü dəqiqədə qələbə topuna imza atıb - 1:0.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin Uelsə 0:2 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə matçında iştirak etməyib. O, Slovakiya ilə son qarşılaşmanın hazırlıqlarına qoşulacaq.