Braziliyanın "Flamenqo" klubu tarixində ikinci dəfə Libertadores Kubokunun qalibi olub. Sportnet.az-ın məlumatına görə, Perunun paytaxtı Limadakı final görüşündə Argentina "River Pleyt"i üzərində qələbə qazanılıb - 2:1.
Hesabı 14-cü dəqiqədə Rafael Borre açsa da, 89 və 90+2-ci dəqiqələrdə Qabriel Barboza "dubl" edib. 90+5-ci dəqiqədə isə hər iki tərəf Qabriel və Eksekiel Palasiosun meydandan qovulması üzündən azlıqda qalıb.
Qeyd edək ki, bu, "Flamenqo"nun ikinci, "River Pleyt"in 11-ci finalı olub. Braziliya təmsilçisi ilk dəfə 1981-ci ildə Libertadores Kubokunun qazanıb. Argentina klubu 4 dəfə qalib ola bilib.
O @Flamengo é campeão da #LibertadoresFoxSports! Veja os gols que deram o título da América para o Mengão! pic.twitter.com/4pKGJpnWlE
— FOX Sports Brasil (@FoxSportsBrasil) November 23, 2019