"Barnsli" klubunun qapıçısı Samuel Şahin-Radlinger İngiltərə Çempionşipində XIX turun "Hall Siti" ilə ev oyunu zamanı kuryoz epizodla üzləşib.
Sportnet.az-ın məlumatına görə, 81-ci dəqiqədə qonaqlar qol vuraraq, hesabda meydan sahiblərinin üstünlüyünü minimuma endiriblər. Tora daxil olmuş topu rəqibin meydanın mərkəzinə tez çatdırmasına imkan verməmək üçün Şahin-Radlinger onun üstünə tullanıb. Lakin bu vaxt o, tora ilişərək qalıb. Qapıçı oradan sərbəst çıxa bilməyib. Qolkiper qayçının köməyilə azad olub.
Qeyd edək ki, görüş "Barnsli"nin qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahibləri üçüncü qolu 5-ci uzatma dəqiqəsində vurub.