"Səbail" və "Neftçi" arasındakı Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra insident yaranıb.
Sportnet.az-ın məlumatına görə, final fitinin ardından qonaqların baş məşqçisi Roberto Bordin yerli komandanın futbolçusu Ağabala Ramazanovla mübahisə edib. Buna Ramazanovun Bordini söyməsi səbəb olub. Bu zaman "Neftçi"nin baş meneceri Qədir Həsənovla "Səbail"in kapitanı Eltun Yaqublunun da sözləri çəp gəlib.
Aazarkeşlər isə "Səbail"i təhqir edərək, "Qarabağ"a işləməkdə günahlandırıblar.
Gərginlik digər futbolçuların araya girməsi ilə aradan qalxıb. Bordin Ramazanovu yanına çağıraraq, nəyisə izah etməyə çalışıb.
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.