İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Madriddəki "Vanda Metropolitano" stadionunda ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, bu, La Liqada XV turun "Atletiko" ilə səfər oyununa təsadüf edib. Kataloniya komandası argentinalı hücumçunun 86-cı dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb - 1:0. Bu həm də "Barsa"nın "Atletiko"nun yeni ev arenasında ilk qələbəsi olub. Əvvəlki 2 səfər oyunu eyni hesabla yekunlaşıb - 1:1.
Qeyd edək ki, "Vanda Metropolitano"da ilk qollardan birini "Qarabağ"ın futbolçusu Miçel vurub. O, 2017-ci il oktyabrın 31-də "Atletiko" ilə Çempionlar Liqası oyununun 40-cı dəqiqəsində fərqlənib. Həmin görüş heç-heçə ilə yekunlaşıb.