
Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatının final oyununda iş başında olub.
Sportnet.az xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi Portuqaliya millisinin İtaliya yığmasını 6:4 hesabı ilə məğlub etdiyi matçda 3-cü hakim qismində xidmət göstərib.
Braziliyalı İvo Moraesin idarə etdiyi görüşdə İtaliyanın 3, Portuqaliyanın isə 2 futbolçusu sarı vərəqə alıb.
Qeyd edək ki, 3-cü yer uğrunda oyunda Rusiya Yaponiyanı 5:4 hesabı ilə üstələyib.