France Football” nəşrinin 2019-cu ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatını Lionel Messi alacaq.
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, Argentina millisinin və İspaniyanın “Barselona” komandasının kapitanı bu gün Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə təltif ediləcək.
32 yaşlı forvardla yanaşı, mükafata İtaliya “Yuventus”unun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu və İngiltərə “Liverpul”unun Niderlanddan olan müdafiəçisi Vircil van Deyk iddi edir.
İndiyədək Messi və Ronaldu 5 dəfə “Qızıl top” qazanıb. Van Deyk isə “3-lük”də yer alıb. Mükafatın ötənilki sahibi – “Real Madrid” və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç isə bu dəfə 30 nəfərlik ilkin namizədlər siyahısına belə düşməyib.
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.