
1-9 dekabr aralığında Azərbaycan Gənclər Fondu tərəfindən “Könüllülük həftəsi” keçirilir.
Sportnet.az xəbər verir k, layihə çərçivəsində futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun "Sabah" – "Qarabağ" oyunundan öncə yüzlərlə gənc Dövlət Himnini ifa edib.
Burda əsas məqsəd, ictimaiyyətin diqqətini “Könüllülük həftəsi”nə yönəltmək, həmçinin gənclər arasında vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə təkan verməkdir.