
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları rəhbərlikdən Ule Qunnar Sulşeri baş məşqçi postundan istefaya göndərməməyi xahiş ediblər.
Sportnet.az-ın "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə söhbət "qırmızı şeytanlar"ın "Tottenhem" üzərində 2:1 hesablı qələbə qazandıqları XV tur matçından öncə aparılıb. Onlar norveçli mütəxəssisin klubu irəli aparmaq üçün ən münasib baş məşqçi olduğunu bildiriblər.
Qeyd edək ki, Ule Qunnar Sulşer "Mançester Yunayted"ə 2018-ci ilin dekabrında baş məşqçi təyin olunub. Cari mövsümdə bu komanda 15 oyundan 21 xalla 6-cı yerdə gedir. Bu gün "qırmızı şeytanlar" "Mançester Siti"nin qonağı olacaqlar.