
Futbol üzrə Azərbaycan I Divizionda XIII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, “Qarabağ-2”nin “Sabah-2”ni 5:1 hesabı ilə məğlub etdiyi oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 4 qol vuraraq poker edib.
9 dekabr (bazar ertəsi)
MOİK - “Neftçi-2” 1:1
Qollar: Orxan Həsənov, 53 - Vüsal Əsgərov, 43
“Keşlə-2” - “Qaradağ Lökbatan” 3:0
Qollar: Elmir Rəhimzadə, 4; Emin Quliyev, 90; Riad Abbaszadə, 90+2
“Sumqayıt-2” - “Səbail-2” 1:1
Qollar Elnur Cəfərov, 6 - Bahadur Həziyev, 42
“Turan Tovuz” - “Zirə-2” 2:1
Qollar: İlkin Sadıqov, 48-p.; Elçin Qasımov, 89 - Samir Ağayev, 55
“Ağsu” - “Zaqatala” 1:5
Qollar: Qalib Əmrahov, 90+3 - Yusif Həsənov, 15; Famil Camalov, 42-p.; 79, 86; Elçin Əlicanov, 81
“Sabah-2” - “Qarabağ-2” 1:5
Qollar: Zahid Mərdanov, 24-p. - Musa Qurbanlı, 5, 35, 57, 83; Cavid Bayramov, 71
Qeyd edək ki, Musa Qurbanlı 13 qolla bombardirlik yarışına başçılıq edir.