Braziliyanın “Santos” komandasının baş məşqçisi Xorxe Sampaoli istefa verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı argentinalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.
Sampaoli 2018-ci ilin dekabrından “Santos”a rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi kollektiv ölkə çempionatında qalib “Flamenqo”dan 16 xal geri qalaraq ikinci yeri tutub.
Qeyd edək ki, tanınmış mütəxəssis daha öncə Çili və Argentina milli komandalarının, eləcə də İspaniya təmsilçisi “Sevilya”nın baş məşqçisi olub.