AFFA "Qəbələ" klubunun təqdim etdiyi bank zəmanətini lisenziyalaşdırma qaydalarına uyğun olaraq aktivləşdirə bilər.
Sportnet.az-ın məlumatına görə, bu, sponsorlarının klubu maliyyələşdirməkdan imtina edəcəyi təqdirdə, baş verəcək. Məsələ AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, "Qəbələ" ilə bağlı məsələ İcraiyyə Komitəsinin bugünkü iclasında da müzakirə olunub.