Argentina millisinin sabiq futbolçusu Esekyel Lavessi karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə "Instagram" səhifəsində yazıb. Onun sonuncu klubu Çin təmsilçisi "Henry Çayına Forçun" olub.
Qeyd edək ki, Lavessi karyerası ərzində vətənində "Estudiantes"lə "San Lorenso"nun, eləcə də İtaliyanın "Napoli" və Fransanşb PSJ klublarında çıxış edib. O, 2008-ci ildə Argentina millisi ilə Pekin Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.