Anar Mirzəzadə Sakarya Universitetinin amerikan futbolu komandasında dopinq-testdən keçə bilməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib. O deyib ki, Mirzəzadədən 5 qadağan olunmuş maddə tapılıb.
Nəticədə idmançı 4 il müddətinə diskvalifikasiya olunub: "Güman edirik ki, Mirzəzadə Türkiyə adından çıxış edib. Ona görə də bu idmançı ilə bağlı məsələnin araşdırılmasını Ümumdünya Antidopinq Agentliyindən xahiş etmişik".