
Türkiyə Super Liqasında çıxış edən "Kayserispor" komandası baş məşqçisi Bülent Uyqunla yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, "Kayserispor" 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb. Bülent Uyqun baş məşqçi vəzifəsinə oktyabrın 30-da təyin olunmuşdu.