
Türkiyənin "Qalatasaray" klubu qış fasiləsində ilk transferini reallaşıdırıb.
Sportnet.az "Kikcer" nəşrində istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Leyptsiq" klubundan Marselo Saraççini heyətinə qatıb.
21 yaşlı uruqvaylı yarımmüdafiəçi 1,5 illik icarəyə götürülüb.
Qeyd edək ki, Saraççinin "Leyptsiq"lə 2023-cü ilin yayına qədər müqaviləsi var.