"Yaxşı qrupdayıq. İlk matçı bizim oynamağımız da anlamlı və həm reklam, həm də motivasiya baxımından önemlidir".
Sportnet.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop AVRO-2020-də "ay-ulduzlular"ın düşdüyü A qrupunda İtaliyaya qarşı keçirəcəkləri ilk matç barədə danışarkən deyib. Milli komandanın sabit yarımmüdafiəçisi qrupdan çıxmağı hədəflədiklərini bildirib: "Bakıdakı qardaşlarımızla mərhələ adlamaq istəyirik. Daha da önəmlisi futbolçu qardaşlarımızın irəliləmələridir. 6 qrupda 3-cü yeri tutanlardan 4-ü də mərhələ adlayacaq. Bütün oyunlara eyni istəklə çıxmaq lazımdır. Kağız üzərində olduğu kimi, oyunumuzla da qrupdan çıxarıq".
Qeyd edək ki, Türkiyə yığması AVRO-2020-də ilk matçını iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.