
"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko Slovakiyanın "Nitra" komandasının sükanı arxasına keçib.
Sportnet.az-ın "Komanda N1"ə istinadən məlumatına görə, ukraynalı mütəxəssisə slovakiyalı Miroslav Nemets və Miroslav Köniq kömək edəcək. Onların qarşısına komandanı Superliqada saxlamaq vəzifəsi qoyulub. 18 turdan sonra "Nitra" sondan əvvəlki - 11-ci yeri tutur.
Qeyd edək ki, Anatoli Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışıb. Məhz onun rəhbərliyi dövründə flaqman UEFA İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:3, 2:0. Demyanenko 2013-cü ildə Ukrayna "Volın"ını tərk etdikdən sonra işsiz idi.