İtaliya "Milan"ının futbolçuları komandaya qayıdan Zlatan İbrahimoviç üçün isti qarşılanma təşkil ediblər.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun şərəfinə paltardəyişmə otağında mahnı oxunulub. 38 yaşlı forvard komanda yoldaşlarına bununla əlaqədar təşəkkürünü bildirib.
Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"da 2010 - 2012-ci illərdə forma geyinib. O, "qırmızı-qaralar"la birgə İtaliya çempionluğu və ölkə kubokunu qazanıb.