
Almaniya "Leyptsiq"inin futbolçusu Marselo Saraççi Türkiyə "Qalatasaray”ına keçib.
Sportnet.az-ın İstanbul klubunun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı müdafiəçi 2021-ci il ilin yayınadək icarəyə götürülüb. Uruqvaylı oyunçu yeni komandasında 36 nömrəli formanı geyinəcək.
"Hədsiz xoşbəxtəm. Bura gəldiyim birinci dəqiqədən özümə qarşı xeyirxah münasibət hiss etdim. Bura mənə çox yaxşıdır. Yaxın vaxtlarda etməli olduğum şey meydana çıxmaq və yerli azarkeşlərin sevgisini fəth etməkdir", - deyə Saraççi bildirib.
Qeyd edək ki, Marselo Saraççi "Leyptsiq”ə 2018-ci ildə Argentinanın "River Pleyt” klubundan keçib. O, cari mövsümdə Almaniya komandasının heyətində 7 matçda iştirak edib və 1 qola imza atıb.