
İtaliya A Seriyasının XVIII tur matçında "Milan" "Sampdoriya"nı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, "San-Siro" stadionunda keçirilmiş qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
55-ci dəqiqədə "Milan”ın hücumçusu Kşiştof Pyontek meydanı tərk edib. Onun əvəzinə isveçli hücumçu, komandaya yenicə qayıtmış Zlatan İbrahimoviç çıxıb.
Hazırda "Milan" 22 xalla A seriyasının yarış cədvəlində 12-ci yeri tutur. "Sampdoriya" 16 xalla 16-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2010 - 2012-ci illərdə də "Milan"ın formasını geyinib.
qo